SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 96
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Mediasiya Şurası arasında səmərəli tərəfdaşlığı

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Mediasiya Şurası arasında səmərəli tərəfdaşlığın nəticəsi olaraq

06 oktyabr 2023-ci il tarixində

Azərbaycan Turizm və Menecment Universitetinin tələbləri ilə görüş keçirilib.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Turizm və Menecment Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə Mediasiya Şurasını Bakı 6 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 6 saylı mediasiya təşkilatının təsisçisi Fərid İmanov və təşkilatın mediatorları Ülkər Zülfüqarova, Elçin Həsənov tələblərlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilmişdir.