
1-6 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetinin 55 nəfər tələbəsi və “Turizm Könüllüləri” Təşkilatına üzv olan könüllülərin iştirakı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən qonaqların yerləşdiyi hotellərdə dəstək göstərilməsi prosesi başa çatıb.
Qeyd edək ki, tələbələrimiz bu tarixlərdə JW Marriott Absheron Hotel, Excelsior Hotel, Holiday İnn Hotel, Fairmont Hotel, Royal Hotel, West Shine Hotel, Bosfor Hotel, Sultan Inn Hotel, Radisson Baku Hotel, Hilton Baku və s. bu kimi çoxsaylı hotellərdə aktiv fəaliyyət göstərərək xarici turistlərin qarşılanması, yerləşdirilməsi və daxili işlərdə dəstək göstəriblər.