SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.10.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 125
Qədim diyarda Karyera Forumu

  Qədim diyarda Karyera Forumu

      Naxçıvanda “Qədim diyarda yeni fürsətlər” devizi ilə ilk dəfə karyera forumu keçirilib. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə təşkil edilən işgüzar tədbirin məramı peşəkar kadrların yetişdirilməsi ilə bərabər,o cümlədən bacarıqların da inkişaf etdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılmasından ibarət  idi.

      Forumun fəaliyyəti dövründə 4 yerli və 2 xarici spikerin iştirakı ilə “Bilməmək eyib de­yil, peşəkardan soruşmamaq eyibdir”, “Bacarıq əmək bazarının cövhəridir” və “Dövr elə bu dövrdür” adlı 3 panel üzrə müxtəlif mövzularda işgüzar mü­zakirələr aparılıb, icmallar hazırlanıb.

      Naxçıvanda keçirilən karyera forumunda Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov yaxından iştirak edib.H.Hüseynov bildirib ki,adıkeçən karyera forumu əmək bazarının tənzim­lənməsi, kadr potensialının gücləndiril­məsi, gələcəyin ən vacib əmək bacarıq­ları və onlara yiyələnməsi yollarını şərtləndirən yeni platformanın yaranmasına və səmərəli fəaliyyətinə təkan verəcək.