Azərbaycan Turizm və Menecment Universitetininin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 10 oktyabr 2023–cü ildə “Skill Up” layihəsinə start verildi və layihə çərçivəsində ilk səfər baş tutdu. Azərbaycan Milli Xalça Muzeyinə təşkil olunan ekskursiyada “Turizm bələdçiliyi“ və “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri, Tələbə Elmi Cəmiyyətinin sədri Süleymanov Rəşad, Karyera-Kommunikasiya şöbəsinin əməkdaşı Hacıyeva Əfsanə yaxından iştirak etdi. Tələbələr səfərdə Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunəsi sayılan xalçalar və xalq tətbiqi sənət nümunələri ilə yaxından tanış oldular. Azərbaycan Milli Xalça Muzeyinin bələdçisi Kamilə Hüseynovanın müşaiyəti ilə davam edən ekskursiya boyunca tələbələrin maraq dairəsində olan suallar cavablandırıldı və səfərin sonunda xatirə şəkli çəkildi.