SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 206
“Skill Up” layihəsi çərçivəsində ikinci səfər baş tutdu

Azərbaycan Turizm və Menecment Universitetininin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 16 oktyabr 2023–cü ildə “Skill Up” layihəsi çərçivəsində ikinci səfər baş tutdu. Azərbaycan Dəmir Yollarına təşkil olunan ekskursiyada “Nəqliyyat servisi“ ixtisasının tələbələri, Tələbə Elmi Cəmiyyətinin sədri və Karyera və Kommunikasiya şöbəsinin əməkdaşı yaxından iştirak etdi. Tələbələr səfərdə qatarların hazırlanması, qatarların hərəkət qrafikləri,vaqonların daxili görünüşü və kateqoriyaları, dispetçer, maşinist, bilet satışı işinin detalları, gözləmə zalları, müəssisə daxilində hal-hazırda baş tutan təlimlər və s. haqqında geniş məlumat əldə etdi. Azərbaycan Dəmir Yollarının Bakı sərnişin stansiyasının rəisi Ramin Abdullayev və stansiya rəisinin müavini Fizuli İsmayılovun müşaiyəti ilə davam edən ekskursiya boyunca tələbələrin maraq dairəsində olan suallar cavablandırıldı və səfərin sonunda xatirə şəkli çəkildi. Qeyd edək ki, nəqliyyat servisi ixtisası tələbələri arasında Kamalova Elmira adlı tələbəmiz ADY-də bir müddət işçi olaraq fəaliyyət göstərib.