Hörmətli tələbələr, sizləri universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilati dəstəyi ilə ATMU və AIESEC əməkdaşlığı çərçivəsində "AIESEC Günü" başlığı altında təşkil olunan infostendinə dəvət edirik. AIESEC dünyanın 110-dan çox ölkə və ərazisində fəaliyyət göstərən və 36 mindən çox üzvə sahib olan dünyanın ən böyük tələbə gənclər təşkilatıdır. AIESEC təşkilatının məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir. İnfostendə yaxınlaşaraq AIESEC-in təcrübə proqramları olan "Global Volunteer", "Global Talent" və "Global Teacher", eləcə də yerli layihələr haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
İnfostend ATMU-nun Gənclik korpusunda, saat 11:00-15:00 aralığında baş tutacaq.
Azərbaycanca