SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.09.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 1198
Bilik günü və yeni dərs iliniz mübarək!

Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!

Bilik günü və yeni dərs iliniz mübarək!

2020/21-ci tədris ilində sizlərə bol-bol uğurlar arzulayıram.

Ali təhsil müəssisəsi olaraq ATMU beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli təhsil sisteminin təmin edilməsi və bu sahədə peşəkar kadrların yetişdirilməsi kimi çox mühüm və ciddi vəzifənin öhdəsindən gəlir. Universitetimiz Azərbaycan Respublikasının gənc, dinamik və sürətlə inkişaf edən ali təhsil müəssisələrindən biri olmasına baxmayaraq turizm və menecment sahəsində böyük uğurlara imza atmışdır. Bu gün qururla qeyd edə bilərəm ki, ATMU Cənubi Qafqaz regionunda Ümumdünya Turizm Təşkilatının “UNWTO. TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülən yeganə ali təhsil müəssisəsidir. Bundan əvvəl Universitetimiz ötən tədris ilində “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq keyfiyyət sertifikatını da əldə edib.

Mən inanıram ki, bundan sonra da ATMU həyata keçirdiyi təhsil siyasəti nəticəsində ölkəmizin və regionun həyatında mühüm rol oynayan ali təhsil müəssisəsi olmaqda davam edəcəkdir.

Bir daha hər birinizi təbrik edir, nailiyyətlərinizin davamlı olmağını arzulayıram!

Hörmətlə,

İlham Mədətov

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru