
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə iştirakçılığı ilə 19 oktyabr 2023 –cü ildə “Skill Up” layihəsi çərçivəsində növbəti səfər Parkside Hotel & Apartments otelinə baş tutdu. Görüşün birinci hissəsində otelin icraçı direktoru Azər Mirtəqavi , satış departamentinin direktoru Əfsanə İbadova tələbələri hotelin əsas fəaliyyət istiqamətləri, otel sahəsində lazım olan əsas təməl bacarıqlar və otelin elektron idarə edilməsi sistemi, otaqların quruluşu , infrastruktur və s . haqqında ümumi detallı məlumat verdi. İkinci hissədə isə otelin F&B departamentinin direktoru Rza Balayevin müşayəti ilə otelin restoran, mətbəx, ümümi idarəetmə sistemi, yaxından tanış olmuş və otelin yay ayları üzrə aktiv təcrübə proqramları haqqında məlumat verərək tələbələri bu fursətlərdən yararlanmağa və ixtisası üzrə iş səriştələri əldə etməyə dəvət etdi. Görüş zamanı həmçinin tələbələri maraqlandıran suallara cavab verilmişdir.