SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
20.10.2023
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 107
Azərbaycan Turizm və Menecment Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təlim keçirilmişdir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) “İnstitusional (və ya proqram) akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” və “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlimlər keçirilib.

4 gün davam edən təlim zamanı iştirakçılar institusional akkreditasiya prosesi, akkreditasiya üzrə qiymətləndirmə meyarları, özünütəhlilin, qiymətləndirmənin aparılması və hesabatın tərtib olunması barədə ətraflı məlumatlandırılıblar. Qeyd etmək lazımdır ki, adıçəkilən təlimin təşkili İnstitusional akkreditasiyaya hazırlıq prosesində olan ATMU əməkdaşları üçün faydalı olub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi  Şəlalə Mahmudovanın təqdimatında baş tutan tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.