SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.10.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 236
ATMU əməkdaşları ADA-nın tədbirində

BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində, Kənd təsərrüfatı və qida elmi fakültəsinin açılışını və Ümumdünya Qida Gününü qeyd edib. Tədbirdə ATMU-nun “Mehmanxana və restoran biznesi kafedrası” nın müdiri p.e.n.,dos N.Quliyev və “Mehmanxana və restoran biznesi kafedrası” nın dosenti a.e.ü.f.d.,dos Ç.Əliyev aktiv iştirak ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə 10-a yaxın şirkətlərin məhsulları olmaqla, İtaliya-Azərbaycan Universiteti layihəsinin sertifikat proqramı iştirakçılarının təmsil etdiyi şirkətlərin, italyan markalarının, eləcə də FAO-nun dəstəyi ilə ərsəyə gəlmiş “Yurdumun ləzzəti” brendinin qida məhsullarının dequstasiya və təqdimatı baş tutub. Məhsulların təqdimatı qidanın sadəcə gündəlik tələbatdan savayı, kənd təsərrüfatı istehsalında çalışan hər kəsin qida təhlükəsizliyində rolu olduğunu və onların bir fərd kimi qida qəhrəmanları olmasının nümunəsidir. FAO–nun bu sahədə rolu məhz həmin qəhrəmanların gördüyü gündəlik kənd təsərrüfatı işlərinin daha səmərəli olması və qida təminatı və təhlükəsizliyində rolunun daha da artırılmasına yönəlib.