15.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 246
Distant tədrislə bağlı təlimat

Tələbələrin nəzərinə!

2020/2021-ci tədris ilinin payız semestrində ATMU-da distant formada tədrisin təşkili barəsindəki təlimatı diqqətinizə çatdırırıq:

1.Bakalavr pilləsi üzər II,III,IV kurslar, magistratura pilləsi üzrə isə II kurslarda təhsil alan tələbələrin dərsləri 15 sentyabr 2020-ci il tarixdən distant formada təşkil edilir.

1.1. Distant dərslər hər dərs 60 dəqiqə olmaqla təşkil edilir.

1.2. Saat miqdarı 60 saata qədər olan fənlərin (60 saat da daxil olmaqla) tədrisi intensiv formada 7 həftə müddətində yekunlaşdırılır və qiymətləndirməsi fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir.

1.3. Digər fənlər üçün (tədrisi semestr boyu 15 həftə ərzində nəzərdə tutulan) 8-ci həftənin yekununda 30 ballıq aralıq yoxlama imtahanı (hər imtahan biletində 3 sual və hər sual max. 10 bal üzərindən qiymətləndirilməklə) təşkil edilir.

1.4. Dərslərdə davamiyyətə görə maksimum 10 bal nəzərdə tutulur.

1.5. Distant dərslərin 50 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən yekun imtahana buraxılımır və nəticəsi q/kafi olaraq qeyd edilir.

1.6. Tədrisi semestr boyunca nəzərdə tutulan fənlərin yekun qiymətləndirməsi 5 sualdan ( hər sual max. 12 bal) ibarət tərtib edilmiş imtahan biletləri üzərindən maksimum 60 bal miqdarında qiymətləndirilərək aparılır.

2. Bakalavriatura və magistratura pillələri üzrə I kursa qəbul edilmiş tələbələrin dərslər cari ilin oktyabr ayının 1-dən başlayır.

2.1. Ənənəvi formada təşkil ediləcək dərslərin müddəti 80 dəqiqə olmaqla müəyyən edilir və təsdiq edilmiş dərs cədvəlləri əsasında aparılır.

2.2. Təhsilalanların fasilələrdə təmiz havada olmasını təmin etmək məqsədilə dərslər arası fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir.

3. Hər iki təhsil pilləsində təlim və tədris prosesinə cəlb edilmiş tələbələrə tədris semestrinin ilk 15 günü müddətində fənlər üzrə materiallar və imtahan sualları çatdırılsın.