SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 79
“Skill Up” layihəsi çərçivəsində növbəti səfər

ATMU-nun Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 23 oktyabr 2023 –cü ildə “Skill Up” layihəsi çərçivəsində növbəti səfər Hilton Baku otelinə baş tutdu. Görüşün birinci hissəsində otelin təlim supervayzeri Aynur Ağayeva konfrans zalında təşkil olunan təlimdə Hilton brendinin yaranma tarixi və yaradıcısı, otelin əsas fəaliyyət istiqamətləri, bu sahədə lazım olan əsas təməl bacarıqlar və elektron idarə edilməsi sistemi və s. haqqında ümumi detallı məlumat verdi. Ekskursiya şəklində davam edən ikinci hissədə tələbələr HR koordinatoru Murad Ələkbərovun müşayəti ilə otelin otaqlarının quruluşu və növləri, infrastruktur, restoran, ümümi idarəetmə sistemi ilə yaxından tanış olublar. Görüşün hər iki hissəsində tələbələri maraqlandıran suallara cavab verilmişdir.