
Tədbir AQTİ ilə ATMU arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə ATMU-da təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib. Tədbirdə ATMU-nun professor və müəllim heyəti iştirak edirdilər. ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri p.e.n.,dos Novruz Quliyev çıxış edərək bildirdi ki, qida təhlükəsizliyi nəinki regionda, bütün dünyada aktual məsələdir. Hər birimiz bu prosesdə yaxından iştirak etməliyik. Kafedra müdiri bu ixtisasda təhsil alan tələbələrin hər birinə uğurlar arzu etdiyini bildirdi. Həmçinin görüş zamanı “Qida mühəndisliyi” ixtisasında təhsil alan 100 dən artıq tələbələr, magistr və doktorantlar iştirak edirdilər. Tələbələr aktiv iştirak edərək AQTİ nümayəndələrinə sualların səsləndirdilər və tələbələrin sualları ətraflı cavablandırıldı.
Görüşdə tələbələr AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir və yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərilir. Tədbir zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib.