SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.10.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 232
Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında yeni kitab

30 oktyabr 2023-cü ildə Azərbaycan Turizm və Menecment Universitetində “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” kitabının  təqdimat mərasimi keçirilmişdir. Bu kitab Tətbiqi Tədqiqatlar Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanın tarixi və mədəni köklərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində  nəşr olunmuşdur. Tədbirdə Universitetin rəhbərliyi, professor müəllim heyəti, tələbələr, kənardan dəvət olunmuş qonaqlar iştirak etmişlər.

 

Tətbiqi Tədqiqatlar fondunun sədri İ.Əliyev çıxışında Azərbaycanın müasir dövrdə üzləşdiyi peoblemlərə toxunmuş, belə bir çətin şəraitdə zamanın ən çətin problemlərindən birini öz gücü ilə həll etdiyini, bununla da bütün mütərəqqi dünya ictimaiyyətinin rəğbətini qazanmışdır. Bu gün Azərbaycanın maraqları, onun haqqı ilə hesablaşılır. Onun maraqlarına münasibətdə ikili yanaşma standartları hər addımda müşahidə edilsə də, Azərbaycanın möhkəm mövqeyi, qəti iradəsi sayəsində yekun olaraq haqqı tanınır.

 

Təqdimat mərasimində maraqlı müzakirə edilmiş, nəşr olunmuş kitabın əhəmiyyəti vurğulanmışdır. İştirakçılara kitab paylanmışdır.