SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 77
"Skill Up" layihəsi çərçivəsində Four Seasons Hotel Baku otelində

ATMU –nun Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 30 oktyabr 2023-cü ildə Skill Up layihəsi çərçivəsində növbəti səfərimizi  Four Seasons Hotel Baku otelinə etdik.

Məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli, 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarət olan "Four Seasons Hotel Baku" bugün qapılarını bizim üçün açdı. Görüş zamanı diqqətdən yayınmayan və otelin orijinallığını artıran amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır."Four Seasons Hotel Baku"nun tələbələrə nümayiş olunan bütün zallarına və toplantı otaqlarına Azərbaycan muğamlarının adları verilmişdir.

Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün oteldə həcmcə daha kiçik bir zal — 390 nəfərlik "Rast" zalı da fəaliyyət göstərir. Otelin "Şur", "Çahargah", "Bayatı Şiraz", "Hümayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır.

İki hissəli keçən görüşdə ilk olaraq  – otelin təlim və inkişaf üzrə meneceri Vüsal İsaqov  tələbələri otelin infrastrukturu,yaranma tarixi ,fəaliyyət istiqamətləri ,habelə otaqların xüsusiyyətlərilə tanış etdilər.

Daha sonra isə Vüsal İsaqovun müşayiəti ilə oteldə fəaliyyət göstərən  restoranlarla , habele xüsusi otaqlarla və konfrans zalları ilə tələbələri əyani olaraq tanış etdi və onları maraqlandıran sualları cavablandırdı. Sonda otelin qarşısında xatirə şəkli çəkildi.