SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.11.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 53
Rumıniyanın tərəfdaş universitet nümayəndələri ATMU-da

Rumıniyanın tərəfdaş universitet nümayəndələri ATMU-da

    Bugünlərdə “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea Universitetinin Coğrafiya fakültəsinin akademik və inzibati heyət təmsilçiləri - Tatar Corina Florina və Tatar Marius İoan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar. Səfər müddətində universitetlərarası əlaqələrin gücləndirilməsi, mübadilə proqramlarının say göstəricilərinin artırılması,mümkün imkanların optimallaşdırılması kimi məsələlər ətraflı müzakirə olunub.Ölkə miqyası üzrə 20000-dən çox tələbəsi olan universitet təmsilçilərinin ATMU-ya işgüzar səfər proqramındakı beynəlxalq əlaqələr,o cümlədən əcnəbi tələbələrin fəaliyyətindən bəhs edən təqdimat-çıxışları maraqla qarşılanıb.

      Rumıniyanın Oredea Universitetinin nümayəndələri ilə keçirilən görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dos. Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Axundova iştirak ediblər.

 

    Səfər proqramının sonunda tərəfdaş universitetin əməkdaşları sertifikatla təltif olunublar.