SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.11.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 334
ATMU-da onlayn təlim olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elm və innovasiya şöbəsi və  Avrasiya Elmi Jurnallar Assosiasiyasının təşkilatçılığı ilə adıkeçən ali təhsil müəssisəsində universitet əməkdaşları üçün “Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr edilməsi, eyni zamanda monoqrafiyaların beynəlxalq nəşriyyatlarda çap olunması” mövzusunda online təlim keçirilib. Avrasiya Elmi Jurnallar Assosiyasiyanın  əməkdaşı Vlad Vernygora məruzə- təqdimatında təşkilatın fəaliyyətindən detallı bəhs edib.

     Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki,elmi jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi mərhələsində redaksiya və nəşriyyatlar həmin sistemlərin qəbul kriteriyalarına cavab verməlidir. Qeydə alinan minimal tələblər təsdiq olunduğu təqdirdə məqalə və ya jurnal ekspertizaya buraxılır. V.Vernygora daha sonra bildirib ki, Avrasiya Elmi Jurnallar Assosiasiyası müəlliflərə və ali təhsil müəssisələrinə məlum istiqamət üzrə dəstək verməkdə maraqlı tərəf missiyasına sadiqdir.

         Geniş fikir mübadiləsi şəraitində keçən təlimin sonunda iştirakçıların suallları ətraflı cavablandırılıb.