SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.11.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 248
"Skill Up" layihəsi çərçivəsində növbəti səfər

ATMU–nun Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 01 noyabr 2023-cü ildə Skill Up layihəsi çərçivəsində növbəti səfərimizi  Paulaner Brauhaus Baku restoranına etdik.

Məşhur Paulaner adı 1634-cü ildən bəri ən yüksək keyfiyyət və Münih pivə mədəniyyətinə xidmət edir. Paulaner dünya səviyyəsində düşünən, müasir və uğurlu bir marka şirkətinə çevrilən Münihdə köklü bir ailə şirkətidir. Restoran müxtəlif ölkələrdə fəaliyyət göstərir. Paulaner Brauhaus qonaqlara Bavariya qonaqpərvərliyi və ən yaxşı pivə sənətini təqdim edir.

İki hissəli keçən görüşdə ilk olaraq  – restoranın PMD Hospitality Qida və İçki şöbəsinin direktoru Anar Mikayılov eləcə də  Food and Beverage manager Orxan Orucov, tələbələri restoranın infrastrukturu, yaranma tarixi, fəaliyyət istiqamətləri ilə yaxından  tanış etdilər.

Daha sonra isə Axel Holzheu Brew ənənəvi alman içkisi olan pivənin  hazırlanması prosedurunu əyani şəkildə göstərərək incə məqamları vurğuladı,habelə restoranda təqdim olunan zəngin   təam çeşidlərini tələbələrin diqqətinə çatdırdı  . Sonda otelin qarşısında restoranın kollektivi ilə  xatirə şəkli çəkildi.