SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.11.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 263
"Skill up" layihəsi çərçivəsində yekun səfərimiz “İnterContinental Baku Hotel”-də baş tutdu

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera kommunikasiya şöbəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə əməkdaşlığı ilə Skill up layihəsi çərçivəsində yekun səfərimiz “İnterContinental Baku Hotel”-də baş tutdu. Dünyanın 60-dan çox ölkəsində qonaqlarına lüksu təqdim edən otel seqmentinə öz dəyərini qatmışdır.  Otaqların Xəzər dənizinə açılan mənzərəsi, xoş ambians, ləziz təamlar, zövqlü dekorasiya və əlverişli infrastruktura malik otel şəhərimizə xüsusi gözəllik qatır.

İki hissədən ibarət olan görüşdə qəbul və qeydiyyat şöbəsinin müdiri Sənan Hacıyev tələbələrimizə bütün təlim boyu yüksək səviyyədə bələdçilik etdi. Otelin suit ve prezident otaqları, spa, trenajor zalı, biznes zalı, hovuz, çamaşırxana habelə oteldə fəaliyyət göstərən restoranları ilə tələbələri tanış edərək otelin daxili iş prinsipini və prioritetlərini açıqladı. 

Xoş təəssüratla ayrıldığımız bu təlim ekskursiyasının sonunda tələbələrimiz xatirə şəkili çəkdirərək Sənan məllimə öz minnətdarlığını bildirdilər.