SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.11.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 464
8 NOYABR- ŞANLI ZƏFƏR TARİXİMİZ

Azərbaycan Turizm və Menecment Universitetində Böyük qələbənin 3 illliyi münasibətilə “8 Noyabr- Şanlı zəfər tariximiz” adlı tədbir olub.  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri, universitetin  professor-müəllim-inzibati heyəti, müharibə iştirakçıları,şəhid ailəsi və universitet tələbələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov misilsiz qələbədə  Ali baş komandanımızın rəhbərliyi altında  ordumuzun göstərdiyi şücaətdən və xalqımızın birliyindən detallı bəhs etdi.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Noyabr ayının 8-i qürur günümüz kimi tarixləşdirən  qəhrəman övladlarımıza əbədi  təşəkkür borcumuzun olduğunu dedi

       Tədbirdə bildirildi ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 70 nəfərə yaxını Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan AzərbaycanTurizm və Menecment Universitetinin məzunu Məhəmmədəli Həsənzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Zəfər Günü”nün qeyd edildiyi tarixlərdə fəaliyyəti planlaşdırılan   kitab sərgisi isə tədbirə qatılan qonaqlar və  tələbələr tərəfindən maraqla qarşılanıb. 

      Tədbirin sonunda xatirə şəkilləri çəkildi.