SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.11.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 311
“Turizm Könüllüləri” təşkilatının icraçı direktoru ATMU-da

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm könüllüləri” təşkilatı tərəfindən təşkil edilən görüş səmərəli olub. Adıçəkilən qurumun icraçı direktoru Ramina Salayeva təqdimat-çıxışında təşkilatın prioritet vəzifələrindən ətraflı bəhs edib. “Turizm könüllüləri” təşkilatını üzv gənclərin fəaliyyətini əlaqələndirən, könüllülərin milli və beynəlxalq səviyyədə təcrübə qazanmalarına şərait yaradan, o cümlədən peşəkar turizm mütəxəssislərinin yetişdirilməsini hədəfləyən gənclər platforması kimi dəyərləndirib.

Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması və xatirə şəklin çəkilməsi ilə başa çatıb.