Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və sözügedən ərazilərin turizm potensialının səmərəli istifadəsi hazırda turizm sahəsindəki əsas məsələlərdən biridir. Bu məqsədlə qarşıya çıxan problemlərə həll yolu tapmaq və turizmin inkişafı üçün əsaslı təkliflər hazırlamaq üçün Dövlət Turzim Agentliyinin təşkilatçılığı ilə cari ilin dekabr ayında Ağdam şəhərində “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans keçirilməsi planlaşdırılır.
MÖVZULAR
- İşğaldan azad edilmiş ərazilərdə turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi;
- İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin turizmə qazandırılması;
- İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafında innovativ və rəqəmsal həllər;
- İşğaldan azad edilmiş ərazilərin turizm destinasiyası kimi inkişafı.
Tələbələrin yuxarıda qeyd olunan mövzularla bağlı hazırladıqları layihələri təqdim etməsi nəzərdə tutulur. Tələbələrin hazırladıqları layihələri 5 nəfərdən ibarət qrup halında təqdim etməsi, hər bir qrupa isə təmsil etdikləri universitetdən bir müəllimin rəhbərlik etməsi məqsədəuyğun hesab edilir. Tələbələrin və onları müşayiət edəcək müəllimlərin tədbirdən bir gün əvvəl Naftalandakı bir hoteldə qonaqlanması və onların gediş-gəliş, qidalanma və qonaqlanma xərclərinin hər biri Agentlik tərəfindən qarşılanması nəzərdə tutulur.
Təqdim olunan layihələr arasından seçim aparılacaq və seçilən 2 layihəni hazırlayan komandalar sözügedən konfransda ATMU-nu təmsil edəcəkdir. Hazırlanan layihələr 27.11.2023-cü il tarixədək science@atmu.edu.az (Elm və innovasiya şöbəsi) mail adresinə göndərilməlidir.
Azərbaycanca