SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
24.11.2023
Karyera və kommunikasiya
Bölmə: Xəbərlər
Baxış sayı: 343
“Career hacks by ATMU alumni ” layihəsi

“Career hacks by ATMU alumni ” layihəsi çərçivəsində növbəti qonağımız “Parkside Hotel & Apartments”-ın Satış departamentinin direktoru Əfsanə İbadova -Məmmədova oldu. Öz səmimiyyətilə seçilən qonaq həmin otelə təşkil olunan ekskursiyada artıq tələbələrin rəğbətini qazanmışdı. Universitetimizə dəvət olunması da heç də təsadüfi olmadı. Tələbələrə karyera pillələrindəqarşılaşdığı çətinliklərdən söz açan Əfsanə xanım tələbələrə zamanı yaxşı dəyərləndirməyin, dil bilgilərini inkişaf etdirməyin, qarşıya qoyulan məqsəddən dönməməyin önəmindən danışdı. Səmimi söhbət formatında keçən görüş verilən sualların cavablandırılması ilə başa çatdı. Sonda xatirə şəkli çəkildi.