“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçrilib.
Azərbaycan Turizm və Menecment Universitetində baş tutan tədbirdə Universitetin rektoru, millət vəkilləri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Dövlət Komissiyasının, Dövlət Gömrük Komitəsinin, Ombudsman aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Büllur Məmmədova iştirakçılara qurumun fəaliyyətinin əsas məqsəd və prioritetləri haqqında məlumat verib,eyni zamanda “Həyatına dəyər ver “social çarxına baxış olub.Daha sonra struktur rəhbərləri narkomaniyaya ilə mübarəzədə görülən işlər , əldə olunan nailyyətlər ,eyni zamanda qarşılaşılan çətinliklərdən söz açılıblar.Qarşılıqlı diskusiya şəraitində keçən görüş tələbələrin marağına səbəb olub.Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.