SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.11.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 226
ENGAGE layihəsi çərçivəsində Portuqaliya səfəri ilə bağlı məlumat sessiyası baş tutub

28 noyabr 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin  rektoru İlham Mədətov və Keyfiyyət Təminatı şöbəsinin əməkdaşı Şirməmməd Məmmədovun ENGAGE layihəsi çərçivəsində Portuqaliya səfəri ilə bağlı məlumat sessiyası baş tutub. Sessiya zamanı rektor İlham Mədətov ilk öncə "Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi" mövzusunda ENGAGE Erasmus+ layihəsi haqqında məlumat verərək layihədə iştirak edən Azərbaycan universitetləri arasında Azərbaycan Turizm və Menecment Universitetinin iştirakını da vurğuladı. Rektor layihə çərçivəsində universitet əməkdaşlarının səfərlərdə iştirakının və öyrənilən təcrübələrin gələcəkdə müxtəlif layihələrdə səmərəli şəkildə tətbiq olunmasında böyük rol oynayacağını bildirdi. Şirməmməd Məmmədov Portuqaliyanın İnstituto Superior Técnico universitetində "Alumni talks", "Talent Boot camp" kimi layihələrin fəaliyyətləri haqqında məlumat verdi. ATMU-da startup mərkəzinin yaradılmasında Superior Técnico universitetinin iStartup mərkəzi təcrübəsinin öyrənilməsinin çox böyük rol oynayacağı da qeyd edildi. Mərkəzlə bağlı şəkillər, fəaliyyət istiqaməti, istifadə olunan avadanlıqlar,  universitetin "Elm" fakültəsində  və "Tech İnnovativ" mərkəzində göstərilən təqdimatlar, universitet tələbələrinin şəxsən hazırladıqları innovativ alətlər və s. haqqında geniş məlumatlar slaydlarla təqdim edildi. Sessiya sonunda iştirakçıların sualları cavablandırıldı.