01.12.2023
--
Bölmə: Elanlar
Baxış sayı: 803
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində professor-müəllim heyətinin işə qəbulu

Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirdiyi “Turizm və Asudə Vaxtın İdarəedilməsi” ixtisası çərçivəsində beynəlxalq ikili diplom proqramı üzrə akademik heyət üçün vakansiya elan edir.

Əsas tələblər:

• Magistr dərəcəsi (Ph.D elmi dərəcənin olması üstünlükdür)

• Pedaqoji təcrübə, innovativ tədris və təlim metodlarından istifadə etmək bacarığı

• İngilis dilində səlis yazı və danışıq qabiliyyəti (ən azı C1 səviyyə)

• Akademik araşdırma aparmaq və beynəlxalq indeksli elmi jurnallarda dərc etdirmək

Fənlərin siyahısı:

• Group Dynamics

• Current Issues in Tourism

• Principals of Private and Public Law

• Finance and Investment

• Economics in Tourism and Leisure

• International and Tourism Law

• Human Resource Management

• Culture, Heritage, and Tourism

• Negotiation and Sales Skills Training

• Controlling

 

Maraqlanan namizədlərdən ingilis dilində Akademik CV və digər zəruri sənədləri mövzu hissəsində“AATP proqramı üzrə müəllim” və fənnin adını qeydedərək international@atmu.edu.az elektron poçtünvanına göndərmələri xahiş olunur.

    Son müraciət tarixi: 22.12.2023

Proqram haqqında ətraflı məlumat:https://atmu.edu.az/az/ikili-diplom-    proqrami