SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 301
ATMU-da ULU öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VIII Respublika Elmi-Praktik Konfransı keçirildi

       Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VIII Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbiri çıxış nitqi ilə açan universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamladıqdan sonra diqqətə çatdırdı ki, idarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin rolu böyükdür. İdarəetmə məktəbləri nəzəri biliklərin formalaşmasında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin verilməsi istiqamətində müstəsna rola malikdir. Ali təhsil müəssisəsində effektiv idarəetmənin əsas funksiyalarından biri təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir. Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçidi ifadə edir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyət qaydalarını və şərtlərini müəyyənləşdirir. Rektor İ.Mədətov “Müasir dövrdə effektiv idarəetmənin problemləri”mövzusuna həsr olunan növbəti-VIII Respublika Elmi-Praktik Konfransa təqdim edilən məruzələrdə ilkin şərt kimiidarəetmənin keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun tədqiqi, idarəetmənin inkişafı və təkmilləşdirildiyi bir şəraitdə müasir idarəetmə nəzəriyyələri və konsepsiyalarının öyrənilməsi,eyni zamanda müasir idarəetmədə tətbiqi imkanlarının araşdırılmasından məmnunluğunu bildirib. 

Universitetin Elm və innovasiya şöbəsinin müdiri, f-r.e.n.,dos. Nəsirulla Nəsirli “Ali təhsil sisteminin inkişafının əsas istiqamətləri” mövzusunda çıxışında“bazar şəraitində hər hansı bir təşkilatın, o cümlədən təhsil müəssisəsinin uğurlu fəaliyyəti yalnız xidmət və məhsulların keyfiyyətinin yüksəldilməsinə yönəlmiş fəaliyyətin təkmilləşdirilməsi üçün daimi tədbirlər işlənib hazırlanaraq həyata keçirildikdə səmərəli olacaqdır. Keyfiyyətli işin və keyfiyyətin idarə edilməsinin faktiki vəziyyətinin dövri təhlili olmadan təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi mümkün deyil. Keyfiyyətin idarə edilməsi mexanizmi daim təkmilləşir”dedi.

Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı“Ümumilli lider Heydər Əliyevin elmin inkişafında rolu (1969-2003-cü illər)” mövzusunda məruzəsindəÜmummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafına göstərdiyi qayğıdan bəhs etdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri iki dövrə -1969-1982-ci və 1993-2003- cü illərə bölən M.Zülfüqarlı qeyd etdi ki, “H. Əliyev hakimiyyətinin bu iki dövrü müxtəlif tarixi şəraitin mövcudluğuna görə bir-birindən köklü şəkildə fərqlənsə də, burada varislik ənənsi özünü açıq- aydın büruzə verir. Yəni hər iki dövrdə H. Əliyev öz idarəçilik prinsipinə sadiq qalaraq ölkənin mövcud problemlərinin həllində əlindən gələni əsirgəməmişdir”.

Bölmə iclasları çərçivəsində işini davam etdirən tədbirdə 55 məruzə dinlənilib.