SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 263
ATMU “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb

    Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) ali təhsilin bakalavriat və magistraturasəviyyələrində həyata keçirdiyi turizm işinin təşkili vəturizm və otelçilik ixtisasları üzrə təhsil proqramlarıÜmumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu“UNWTO.TedQual” keyfiyyət sertifikatına layiqgörülüb. ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsiAzərbaycanda turizm sahəsində ali təhsilin qlobalrəqabətliliyinin artırılması istiqamətində mühümnailiyyətdir. 1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizmsahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcılkeyfiyyət standartı hesab olunur və ÜTT Akademiyasıtərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilinturizm ixtisası üzrə proqramlarının pedaqojiməzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizmsənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrinehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.

ATMU-nun adıçəkilən sertifikata yenidən layiq görülməsi ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun təhsil siyasətinin təşkilindən xəbər verir.

 Onu da qeyd edək ki, Cənubi Qafqaz regionunda ali təhsil müəssisələri arasında məhz ATMU (2020-ci il) “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçən ilk ali təhsil müəssisəsidir.