SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 186
ATMU-da “No Code” İnkubasiya və Akselerasiya Proqramlarının təqdimatı keçirilmişdir

6 Dekabr 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Lotfizadeh Technology Center”tərəfindən həyata keçirilən LTC “No Code” İnkubasiya proqramının və Akselerasiya Proqramının təqdimat infosesiyası təşkil edilmişdir.

Tədbirin açılış çıxışını ATMU TEC sədr muavini Ümid Mürsəlov etdikdən sonra,layihə üzrə təlimçilər Innovations Program Associate-Ramil Şamilov və Innovations Program Manager Solmaz Ələkbərova ilkin məlumatları və təlim zamanı diqqət edilməli nüansları qeyd edərək tədbirə başlamışlar.

Tədbir zamanı müxtəlif ixtisas qrupları üzrə təhsil alan tələbələr qrup və fərdi şəkildə öz ixtisasları üzrə idea,layihə və.s gerçəkləşdirmək üçün İnkubasiya və Akselerasiya proqramlarına qoşulmalarının və istifadələrinin faydaları haqqında məlumat verilmiş.Nümunə olaraq ilkin idea mərhələsində olan MVP versiya,prototipi olmayan startap komandaları üçün No-Code İnkubasiya Proqramları,ideyasını biznesə çevirməklə yanaşı hər hansı sosial problemi də həll etmək istəyən startaplar üçün No-Code inkubasiya|Sosial sahibkarlıq proqramlarından,MVP və ya prototipi olan,ilkin satışları,müştəriləri olan startaplar isə Akselerasiya proqramına müraciət edə bilərək faydalana biləcəkləri haqqında məlumat verilmişdir.Tədbir sonunda xatirə şəkili çəkilərək tədbir yekunlaşmışdır.