SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 200
ATMU–da Azərbaycan Respublikasının Gənclər Fondunun görüşü keçirildi.

ATMU–da  Azərbaycan Respublikasının Gənclər Fondunun görüşü keçirildi.

 

Azərbaycan Turizm və Menecmentt Universitetində 6dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant müsabiqəsi barədə məlumat sessiyası baş tutdu.

Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və Layihələrin idarə olunması şöbəsinin əməkdaşı Pərvanə Cəlallı tələbələrə layihəyə qoşulma şərtləri, qaydaları və ümumi layihənin məzmunu haqqında geniş məlumat verdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu mütəmadi olaraq gənclərin fərdi layihələrinin qrant şəklində maliyyələşməsi üzrə müsabiqələr təşkil etməklə yanaşı, həmçinin, beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirir

Sonda Pərvanə Cəlallı tələbələri maraqlandıran suallara cavab vererek, onlarla xatirə şəkli çəkdirdi.