SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 276
Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq forumda

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəDövlət İqtisad Universiteti və Sankt-Peterburqun"Turizm və qonaqpərvərlik sahəsində KompetensiyaMərkəzi" ANO-nun təşkilatçılığı ilə keçirilən "XI Avrasiya İqtisadi Perspektiv" illik Beynalxalq forumuuğurla başa çatıb.

Beynəlxalq tədbirdə ATMU-nu bu təhsilmüəssisəsinin Elmi məsələlər üzrə prorektoru p.e.d., prof. İranə Əliyeva, Mehmanxana ve restoran biznesikafedrasının müdiri p.e.d., prof. Novruz Quliyev vəuniversitetin əməkdaşı Şəlalə Zahidova təmsil ediblər.

Tədbirə qatılanlar sırasında Azərbaycanla bərabər, Rusiya, Tacikistan, Belarus və Qırğızıstanuniversitetlərinin nümayəndələri də yer alıb. “XI Avrasiya İqtisadi Perspektiv” mövzusuna həsr edilənBeynəlxalq forumda Böyük Avrasiyanın iqtisadi inkisafperspektivləri, qonaqpərvərlik sektorunun strukturxüsusiyyətləri, turizm və hotelçilik sektoru üçünmütəxəssis hazırlığı sisteminin formalaşdırılmasıistiqamətində aparılan araşdırmalar müzakirə predmetiolub.

Beynəlxalq Forumun yekun iclasında tələbə vəmüəllim mübadiləsi, müştərək elmi məqalələrin,dərsvəsaitlərnin və monoqrafiyaların işlənib hazırlanması, o cümlədən Avrasiya assosiasiyası çərçivəsində icrasıprosesində nəzərdə tutulan elmi layihələrdə iştirak kimiməsələlər qərara alınıb.

 

   “XI Avrasiya İqtisadi Perspektiv”adlı Beynəlxalqforumda ATMU təmsilçiləri prof.İ.Əliyeva vəN.Quliyev “Turizm və qonaqpərvərlik sahəsindətəhsilin rolu” mövzusunda təqdimatla çıxış ediblər.