Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qida mühəndisliyi ixtisası üzrə təhsil alan son kurs tələbələrindən ötrü “Herba-Flora” MMC müəssisəsinə praktiki-təhlil istiqamətli ekskursiya təşkil olunub. Məhsulların yığımı, ilkin emalı, xammal və yarımfabrikatların saxlanması, doldurulması, qablaşdırılması, paketlənməsi və hazır məhsulun saxlanması şəraiti ilə tanış olan tələbələr,eyni zamanda avadanlıqların istehsal gücü və iş prinsipləri haqqında da ətraflı məlumat əldə ediblər. Müəssisənin analitik laboratoriyasının elmi kollektivi tərəfindən səmimi qarşılanan universitet tələbələri müvafiq cihazları fəaliyyətdə olduğu zaman yaxından izləyiblər.
“Herba-Flora”MMC –yə təşkil olunan adıçəkilən tədbir Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri dos.Çingiz Əliyev və Pakizə Tanırverdiyevanın rəhbərliyi ilə həyata keçirilib.