SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 254
ATMU tələbələri "XX-XXI əsr Azərbaycan rəngkarlığı" muzeyində

08 dekabr 2023–cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllim heyəti Yarat Müasir İncəsənət Mərkəzi , XX-XXI əsr Azərbaycan rəngkarlığı muzeyində xüsusi olaraq hazırlanmış ekskursiyada iştirak ediblər. Ekskursiyaların əsas məqsədi tələbələr və müəllimlərin incəsənət və mədəniyyət sahəsində, interaktiv üsullar vasitəsilə bilik əldə edərək, dünyagörüşlərini genişləndirməkdən ibarətdir.

Ekskursiyada “Turizm bələdçiliyi“ ixtisasının tələbələri, Karyera-Kommunikasiya şöbəsinin əməkdaşı Elnurə Əliyeva yaxından iştirak etdi. Tələbələr Yarat Müasir İncəsənət Mərkəzində “Yoxlanılıb mina yoxdur” və Azərbaycan Rəngkarlığı muzeyində Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı sərgilər ilə yaxından tanış oldular.