13 dekabr 2023-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qida mühəndisliyi ixtisasının IV kurs tələbələri “Milla Dairy” süd emalı zavodunda olublar.Praktik dərs saatında müəssisənin fəaliyyəti, əməkdaş- şirkətlər barədə məlumat alan tələbələr adıkeçən zavodun məhsulları çərçivəsində keçirilən sorğuya qatılıblar. Sənaye əhəmiyyətli təhlükəsizlik qaydaları təlimindən sonra,müəssisənin İstehsal bölməsində südün qəbulu, satışa hazırlanması, eyni zamanda xama, ayran, qatıq və pendir istehsalı prosesində istifadə olunan avadanlıqların fəaliyyəti ilə tanış olan universitet tələbələri südün keyfiyyət göstəricilərinin təyini üsullarını da dərindənmənimsəyiblər. Praktik dərs saatının sonunda ATMU tələbələrirnəsertifikatlar və xüsusi hədiyyələr təqdim olunub.
“Milla Dairy” süd emalı zavodunda praktik dərs saatı ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının dosenti Gülnar Məmmədli və baş müəllim Həlilə Məmmədova tərəfindən təşkil edilib.