SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Tələbələrimizi təbrik edirik
18.12.2023
Rektorluq
Bölmə: Xəbərlər
Baxış sayı: 202
Tələbələrimizi təbrik edirik

                          Tələbələrimizi təbrik edirik

             Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

       Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təhsildə yüksək nailiyyətləri olan 2 tələbəsi-Aygül Əlizadə və Bəyaz Bağırlı “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

     Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.