SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 235
ATMU–da BİR Könüllü Təşkilatının məlumat sessiyası keçirildi.

Azərbaycan Turizm və Menecment Universitetində 13 dekabr 2023-cü il tarixində BİR Könüllü Təşkilatının məlumat sessiyası keçirilib, səmimi görüşdə BİR Könüllü Təşkilatının İnsan resursları üzrə meneceri Ərhun Baxış tələbələrə təşkilatın fəaliyyət müddətində icra olunan yerli və beynəlxalq layihələr, habelə cari il ərzində keçirilmiş düşərgələr haqqında  ətraflı məlumat verib.

Qeyd edək ki bu təşkilat tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış ictimai birlikdir.

Sual-cavab, müxtəlif oyunlar şəklində davam edən görüşün sonunda Ərhun Baxış tələbələri maraqlandıran suallara cavab verərək, onlarla xatirə şəkli çəkdirdi.