SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
20.12.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 315
ATMU tələbələri Baku Marriott Hotel Boulevard otelinə səfər ediblər

 

ATMU–nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə 18 dekabr 2023-cü il tarixində Baku Marriott Hotel Boulevard otelinə səfər baş tutdu. Qafqazın ən böyük və gözəgəlimli oteli olan Baku Marriott Hotel Boulevard keçmiş və gələcəyi təcəssüm edən, eləcə də Bakının qara qızıl adlandırdığı nefti simvolizə edən dizaynı və təkrarsız xidmətləri ilə seçilən məkandır.

Ekskursiya şəklində keçən səmimi görüşdə – otelin Front Office departamentinin meneceri İsmayıl İsmayılov, Club & Spa departamentinin direktoru Tatyana Kobina və Food & Beverage departamentinin meneceri Ehtiram Əsədov tələbələri otelin infrastrukturu, foyesində qurulmuş xüsusi detallar, dizaynların mənaları, fəaliyyət istiqamətləri, restoranların və otaqların xüsusiyyətləri, müxtəlif böyük və kiçik həcmli ziyafət və konfrans zalları, otelin təklif etdiyi müxtəlif yüksək səviyyəli xidmətlər və onların növləri ilə tanış etdilər və iş prosesini canlı izləmək şansını yaratdılar.

Ekskursiya boyunca tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

Kofe və çay fasiləsi ilə bitən görüşün sonunda tələbələr xoş təəssüratlarla oteldən ayrıldılar.