SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 289
ATMU-da ‘Keys menecment’ adlı tədbir

20 dekabr 2023-cü il tarixində ATMU-nun Karyera-kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Keys Menecment adlı tədbir baş tutdu .Tədbirin qonağı  Azərbaycan Sosial iş İctimai birliyinin İdarə Heyətinin üzvü Sənan Ağayev idi.Tələbələrin çoxsaylı istəyi ilə dəvət olunan qonaq cəmiyyətin sosial həyatında baş verən proseslər,onların həlli,bu istiqamətdə görülən işlərdən danışdı.Sənan Ağayev tədbir ərzində  qarşılaşdığı real situasiyalardan nümunələr gətirərərk tələbələrə hadisəyə yanaşma ,empatiya qurulması ,qarşılıqlı dinləmə ,hadisənin təhlili  və nəticənin çixarılması kimi bacarıqları təhlil etdi.Qarşılıqlı sual-cavab formatında keçən görüş tələbələrin böyük marağına səbəb oldu.Sonda tədbir iştirakçıları ilə  xatirə şəkli çəkildi.