SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.12.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 473
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”ATMU I Məzun görüşü 2023” adlı tədbir olub

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə universitet həyatında ilk dəfə təşkil olunan Məzun görüşü tədbirində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəhbərliyi, ATMU-nun professor-müəllim, inzibati heyəti, məzunlar iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov qonaqları və sənayenin tanınan nümayəndələri kimi tanınan universitet məzunlarını salamladıqdan sonra onlara karyera yüksəlişində və şəxsi həyatlarında uğurlar arzulayıb. Rektor İ.Mədətov ATMU məzunları ilə əlaqələrin möhkəmləndirilməsini, tələbələrlə vaxtaşırı görüşlərin təşkilini, əmək fəaliyyətinə cəlb olunmasını,  ixtisas yönümlü karyera imkanlarının dəstəklənməsini  və s.universitetin proritet iqtiqamətləri kimi səciyyələndirib. ATMU məzunlarının respublika ali təhsil müəssisələri arasında məşğulluq faizinə görə 2016-2022-ci illərin statistikasında III yerdə qərarlaşdığını bildirib. 12 ixtisas üzrə 2434 məzunun isə ümumi məşğulluq səviyyəsinin 54% təşkil etdiyini diqqətə çatdırıb.

Məzunlarla bir yerdə olmaqdan məmnunluğunu bildirən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov universitet- məzun əlaqələrinin möhkəmlənməsində adıkeçən tədbiri əhəmiyyətli amil  kimi dəyərləndirib. Dövlətimizin turizm sənayesinin inkişafına mühüm diqqət ayırdığını xüsusi vurğulayan  K. Qasımov  peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu bildirib.

“ATMU I Məzun görüşü 2023” tədbirində universitet yarandığı ilk gündən fəaliyyət göstərən ali təhsil müəssisəsinin Elm və innovasiya şöbəsinin müdiri Nəsir Nəsirli məzunlarla fəxr etdiyini dedi və məzunlara şəxsi həyatlarında,eyni zamanda karyera yüksəlişində  uğurlar arzuladı.

ATMU-nun məzunu olaraq həm   ölkəmizdə,həm də  xarici ölkələrdə yüksək ixtisaslı kadr kimi tanınan İlkin Rüstəmov və Tərlan Quliyev mühüm karyeraya sahibləndikləri üçün professor- müəllim və inzibati heyətə təşəkkürlərini bildirdilər.Hazırda xarici ölkələrdə yüksək vəzifə tutan məzunlarımız isə tədbirə qoşula bilməsələr də videoçarx vasitəsilə sevinclərini bölüşdülər.

Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən məzunumuz Nadir Rüstəmli, o cümlədən universitetin tələbələri Fərman Məmmədov, Rəvan Hacıyev, Həsən Novruzlu rəngarəng musiqi nümunələri ilə tədbiri daha da şənləndirdilər.

Qeyd edək ki, tədbirin təşkilində   məqsəd məzunlarla universitet arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək, rəhbərlik səviyyəsində təmsil olunan məzunlarımızın fəaliyyətindən lazımınca bəhrələnmək, universitet tələbələrinin peşəkar vərdişlərə yiyələnmələri və karyerara qurmalarında universitetin sənaye təmsilçisi məzunlarından dəstək almaq və ortaq layihələrdə iştirakdan ibarətdir.

İki hissəli tədbir ATMU-nun Tələbə Gənclər Təşkilatı üzvlərinin  çıxışları, məzunlardan bəhs edən videoçarxların yayınlanması, oynaq rəqslər və ifalarla başa çatıb.