07.01.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 1161
İkili diplom proqramı

Əziz I kurs tələbələri,

 

Avstriya-Azərbaycan Beynəlxalq Turizm Təhsil Proqramı “AATP COHORT 2024” qrupu üzrə yeni qəbul açıq elan edilir. Proqrama müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

  • Şəxsiyyət vəsiqəsi və yaxud Xarici pasportun surəti
  • 2 ədəd 3x4 ölçülü şəkil (son 2 ayda çəkilmiş)
  • Europass formatında CV 
  • Məktəb attestatının ingilis dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmaqla)
  • Akademik Transkriptin ingilis dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmaqla)
  • Motivasiya məktubu 
  • Esse (təqdim olunmuş mövzular əsasında) 
  • Minimum 5.5 IELTS göstəricisi (sertifikat təqdim etmək üçün son tarix: 31 avqust 2024)

 

İkili Diplom Proqramında təhsil almanın üstünlükləri

  • Ölkəni tərk etmədən ATMU-da təhsil alaraq iki bakalavr diploma sahib olmaq imkanı;
  • Tədrisin tam olaraq ingilis dilində təşkili;
  • Dərslərin əksəriyyətinin əcnəbi müəllimlər tərəfindən tədrisi;
  • Beynəlxalq turizm sənayesində iş imkanları;
  • Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;
  • Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;
  • Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı.

 

 

 

Proqrama müraciət üçün son tarix: 30.04.2023

Sənədlərin elektron versiyasını  international@atmu.edu.az  e-mail ünvanına göndərə bilər və yaxud Beynəlxalq Əlaqələr şöbəsinə (Gənclik korpus, II mərətəbə otaq 201) təhvil verə bilərsiniz.