Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri- Pakizə Tanırverdiyeva və Səbinə Qasımovanın rəhbərliyi ilə 25.12.2023-cü il tarixdə adıkeçən ixtisasın bir qrup tələbəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) praktiki-təhlil ekskursiyasında olublar. Keyfiyyətin idarə olunması şöbəsinin böyük mütəxəssisi Şəhla İsayevanın “AQTİ-da keyfiyyətə nəzarət, HACCP standartlarının tətbiqi” ilə bağlı təqdimat-çıxışından sonra tələbələr avadanlıqların fəaliyyət qabiliyyətini istehsalat şəraitində izləyiblər. Tədbir iştirakçıları baytarlıq preparatlarında, yem və bioloji aktiv qida məhsullarında, həmçinin aqrokimyəvi maddələrdə toksikoloji, mikrobioloji, fiziki-kimyəvi analizlərin keyfiyyət və təhlükəsizlik parametrlərə uyğun aparılması qaydaları ilə tanış olublar.
ATMU –nun qida mühəndisliyi ixtisasının tələbələri tədris prosesində qazandıqları nəzəri bilikləri praktiki vərdişlərlə daha da möhkəmləndiriblər