SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.01.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 378
Rektor İlham Mədətov imtahan sessiyasını izləyib

Azərbaycan Turizm və Menecment Universitetində  (ATMU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

Payız semestrinin qış imtahan sessiyasının gedişini izləyən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru ilham Mədətov İmtahan Qərərgahının üzvləri tələbələrə semestr imtahanlarında və təhsildə uğurlar arzulayıblar.

Qeyd etmək lazımdır ki, ali təhsil müəssisəsində imtahanlarda bakalavriatura səviyyəsində 14 ixtisas üzrə üzrə 1651, magistratura səviyyəsində isə 11 ixtisaslaşma üzrə 451 tələbə iştirak edir.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 2-15 tarixlərində şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, o cümlədən Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması təmin ediləcək.
          Sessiya başladığı dövrdən 5 həftə müddətinə qədər davam edəcək.