SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.01.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 312
Tələbə və müəllimlərimiz British Council-un seminarında iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllim heyəti British Council tərəfindən təşkil olunan “Researcher Connect” onlayn seminarında iştirak ediblər. ATMU-nun İqtisadiyyat kafedrasının müəllimi Kamil Kamilli, İctimai fənlər kafedrasının müəllimi Fatimə Süleymanova və Nuridə Süleymanova, ATMU-nun doktorantura tələbəsi Ayşən Hüseynova və Otelçilik ixtisası üzrə magistratura tələbəsi Tural Məmmədli 2 həftəlik təlim sessiyasını uğurla başa vurublar. Sertifikatlar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və British Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva tərəfindən təqdim olunub.

British Council tərəfindən onlayn olaraq təşkil edilən Researcher Connect seminarı tədqiqatçılar üçün peşəkar inkişaf imkanı, beynəlxalq, multikultural akademik kontekstlər üçün mükəmməl ünsiyyət bacarıqlarının inkişafına töhvədir. Məqsəd ayrı-ayrı tədqiqatçıların məhsuldarlığını artırmaq və öz növbəsində onların universitetlərinə və tədqiqat institutlarına sürətlə inkişaf edən beynəlxalq tədqiqat mühitində rəqabət üstünlüyü təmin etməkdir.