SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.02.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 332
“Elsevier” şirkəti tərəfindən ATMU əməkdaşları üçün təlim təşkil edilib

“Elsevier” şirkətinin nümayəndəsi Saida Sak tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnstitusional profil bazasının idarə edilməsi üzrə ATMU koordinatorlarına “Scopus” bazasından istifadənin təkmilləşdirilməsi istiqamətində onlayn təlim keçirilmişdir.

Təlimdə Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Elm və İnnovasiya şöbəsinin Elmi innovasiyalar üzrə koordinatoru Sənubər Qənbərova və Kitabxana-informasiya mərkəzinin sistem inzibatçısı Elnarə Qaraşova iştirak etmişdir. Təlim zamanı ATMU-nun elm sahəsindəki fəaliyyətinin artırılması və institusional profil bazasının idarəedilməsi üzrə müzakirələr aparılmışdır.

Təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, Scopus indeskli jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilmişdir.

Həmçinin “Elsevier” şirkətinin aparıcı tədqiqat mütəxəssisləri tərəfindən hazırlanmış “Research Academy” platformasında praktik bacarıqlar və dayanıqlı peşəkar inkişaf məsləhətləri almaq imkanı üzrə məlumatlar verilmişdir.