SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.02.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 419
ATMU-da İSO 9001:2015 və İSO 210001:2018 standartlarının tətbiqinə dair daxili audit keçirilib

ATMU-nun Turizm və qonaqpərvərlik, Sosial menecment fakültələrində İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi və İSO 210001:2018 – Təhsilin idarəedilməsi standartlarının tətbiqinə dair daxili audit keçirilmişdir. Daxili auditin keçirilməsində məqsəd sözügedən standartların tələblərinə dair fəaliyyətin mövcudluğunun müəyyənləşdirilməsindən ibarət olmuşdur. Bu məqsədlə hər iki fakültənin inzibati, akademik heyəti və təhsilalanları arasında müsahibələr keçirilmişdir. Auditin gedişatında standartların tələblərinə müvafiq müşahidələr aparılmış və onların həlli istiqamətində tövsiyyələr irəli sürülmüşdür. Qeyd edək ki, ötən il ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsi İSO 9001:2015, İSO 21001:2018, Sosial menecment fakültəsi isə İSO 21001:2018 standartı üzrə sertifikatlar əldə etmişdir.