14.02.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 642
ATMU-da İnstitutsional akkreditasiyaya hazırlıq çərçivəsində audit və təlimlər keçirilib

ATMU-da Ali Təhsil Müəssisələrinin İnstitusional akkreditasiya prosesinə hazırlıq davam etməkdədir. Bu istiqamətdə ATMU-da fəaliyyət göstərən Turizm və qonaqpərvərlik, Biznes idarəçiliyi, Sosial menecment fakültələrinin akademik heyəti, eləcə də, müxtəlif struktur bölmələrindən ibarət inzibati heyət arasında təlimlər keçirilmiş və daxili audit aparılmışdır. Audit və təlimlərin məqsədi ATMU-da akkreditasiyaya hazırlıq prosesinə dəstək göstərilməsi, strukturlararası əlaqənin möhkəmləndirilməsi ilə məlumatlılığın təmin edilməsi olmuşdur. Görüşlər zamanı ATMU-nun yeni nəşr olunan “Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətinin tənzimlənməsinə dair daxili qaydalar və prosedurlar” toplusu, Özünütəhlil hesabatı, institusional akkreditasiya qayda və meyarları haqqında müzakirələr aparılmışdır. Qeyd edək ki, ATMU-da cari ilin fevral ayının sonunda İnstitusional akkreditasiya prosesi keçiriləcəkdir.