19.02.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 512
ATMU əməkdaşı Beynəlxalq Reytinqlərlə iş üzrə ƏN KREATİV ƏMƏKDAŞ nominasiyası üzrə təltif olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrində beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında şəbəkələşmə görüşü keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi və ATMU-nun Beynəlxalq Reytinqlərlə iş üzrə işçi komandanın koordinatoru İranə Axundova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru xanım Ülkər Səttarova tərəfindən "2023-cü ildə beynəlxalq reytinqlərlə iş üzrə ƏN KREATİV ƏMƏKDAŞ" nominasiyası üzrə təltif olunub və təşəkkürnamə təqdim olunub.

Görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması olub.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qlobal reytinqlərdə təmsil olunmanın əhəmiyyətini, reytinq bazalarında irəliləmək üçün ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.