SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.02.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 264
Beynəlxalq Ana Dili Günü münasibətilə seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimizmilli-mənəvi diriliyimizdir” adlı seminar olub.Tədbirdəkafedra müdiri, filologiya üzrə fələsəfə doktoru, dosent Əzizə Məmmədovanın “Azərbaycan dilinin saflığını qorumaq borcumuzdur”, filologiya üzrə fələsəfə doktoru Mehriban Allahquluyevanın “Orfoqrafiya və yazı mədəniyyəti məsələləri”, baş müəllim Almaz Zöhrabovanın “Azərbaycan orfoqrafiyası və orfoepiyasındakı son yeniliklər”, müəllim Günel Həbibovanın “Beynəlxalq Ana Dili Gününün tarixi”adlı çıxışında  dilimizin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması, şifahi və yazılı nitqdə aşkara çıxan orfoqrafik və orfoepik normaların pozulması məsələlərindən bəhs edilib. 

Seminar iştirakçılarından Dillər kafedrasının müəllimi, filologiya üzrə fələsəfə doktoru, dosent əvəzi Ülviyyə Baxşəliyeva, baş müəllim Xəyyam Abbasov, müəllim Aytən Əlizadə və turizm işinin təşkili ixtisasının tələbələri isə gündəmin müzakirə predmetinə münasibət sərgiləyiblər.

“Dilimiz milli-mənəvi diriliyimizdir”adlı seminarda iştirakçı tələbələrə şifahi və yazılı nitq normalarına riayət etmək,mütaliə mədəniyyətinə sahiblənmək, orfoqrafiya və orfoepiya qaydalarında əksini tapan son yeniliklərdən anındaca bəhrələnməktövsiyə olunub.