SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.02.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 149
“Şərəfli ömür”adlı tədbir olub

      Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Şərəfli ömür” adlı maarifləndirmə tədbiri olub. Milli sənaye maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin detallı öyrənilməsini şərtləndirən  tədbirdə “Aydınlığa doğru” milli – mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri Solmaz Əmirli,  tarix elmləri üzrə fəlsəfə doktoru ,dosent Firdovsiyyə Əhmədova, “Herba” medikal klinikasının baş həkimi Səfərbəy Səfərbəyov, “Damla”aztəminatlı ailələrə yardım İB-nin mətbuat katibi Gültəkin Damla, psixoloq Şəhla Quliyeva və tələbə kontingenti iştirak edib.

     Hacı Zeynalabdin Tağıyevin həyat və yaradıcılığını əks etdirən tanıtım çarxın nümayişindən sonra tarixçi Firdovsiyyə Əhmədova H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik sahəsindəki misilsiz fəaliyyətindən  danışıb. Gənc nəslin maariflənməsi, təhsil alması, xüsusilə  qızların təhsilə cəlb olunması istiqamətindəki əvəzsiz xidmətlərinə münasibət sərgiləyib.  Maarifləndirmə tədbirinin digər iştirakçıları isə nəcib əməlləri ilə zəngin insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin mənalı həyat yolunun gənclər arasında təbliğinin əhəmiyyətinə aydınlıq gətiriblər.

     “Şərəfli ömür”adlı tədbir tələbələr arasında keçirilən sual-cavab və viktorina ilə başa çatıb.

      İştirakçılar  xatirə şəkli çəkdiriblər.