SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.02.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 172
Təlim: ”Peşəkar turizm bələdçisi necə olmalıdır”

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral Beynəlxalq Bələdçilər Günü münasibətilə tədbir keçirilib. Ölkəmizin ən gənc Turizm Bələdçisi, ATMU-nun TGT-nın sədri Samir Abdullayevin təşkilatçılığı ilə baş tutan təlimə universitetin müəllim və tələbələri qatılıblar. 

       Təlim ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbələri arasında “Kimin təqdim etmə bacarığı daha yaxşıdır” adlı yarışla başa çatıb.

        “Peşəkar turizm bələdçisi necə olmalıdır”adlı təlimə dəvətdən məmnunluğunu bildirən  Azərbaycanın tanınmış bələdçilərindən Balaş Maqsudbəyli uğur hekayələrini tələbələrlə bölüşüb.Onlara təhsildə və fəaliyyət məkanında uğurlar arzulayıb.